Ermənistanda fərariliklə bağlı külli miqdarda rüşvət faktı aşkarlandı

Ermənistanda fərariliklə bağlı külli miqdarda rüşvət faktı aşkarlandı
  04 Fevral 2020    Oxunub:2649
Ermənistanın Milli Təhlükəsizlik Xidməti bu ölkənin silahlı qüvvələrinin döyüş və döyüş hazırlığının qorunmasında komandanlığa dəstək olmaq məqsədi ilə, qanunla ona həvalə edilmiş funksiyalar çərçivəsində həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində korrupsiya, xüsusilə külli miqdarda rüşvət alma faktı aşkar edib.
Azvision.az erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə MTX mətbuat mərkəzi məlumat yayıb.

Qeyd olunub ki, 2 nömrəli Nevroloji bölmənin baş nevroloqunun tanışının təşəbbüsü ilə çağırışçıların tibbi müayinəsi və müalicəsi üçün 2019-cu ildə tibbi komissiyasına daxil olması barədə faktiki məlumatlar əldə edilib, rüşvət qarşılığında tibbi sənədlər təşkil edilərək onun əsasında hərbi çağırışçı üçün məcburi müddətli hərbi xidmətdən möhlət alıb və o, komissiyaya gələrək sənədlə tanış olub, sonra onun dəstəyi ilə 2019-cu ilin noyabr-dekabr aylarında 4 çağırışçının yaxınlarından ümumi dəyəri 8500 dollar olan külli miqdarda rüşvət alıb.

Yuxarıda qeyd edilən çağırışçılar üçün məcburi hərbi xidmət müddətinin təxirə salınması və müddətli həqiqi hərbi xidmətə çağırışçıların vaxtından əvvəl hərbi xidmətdən azad edilməsi məqsədi ilə onların yaxınlarından dövlət orqanlarının səlahiyyətli nümayəndələrinin 45.000 dollar məbləğində rüşvət almalarına dair faktlar aşkarlanıb.

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin İstintaq İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Rüşvət alan vəzifəli şəxslər təkzibedilməz dəlillər qarşısında günahlarını etiraf ediblər.

Bununla bağlı araşdırmalar davam etdirilir və korrupsiya zəncirində iştirak edənlərin hər birinin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində iş aparılır.

Azvision.az


Teqlər: Ernənistan   Rüşvət   Korrupsiya  





Xəbər lenti