Azərbaycanda onkoloji xəstələrin sayı artır

Azərbaycanda onkoloji xəstələrin sayı artır
  04 Fevral 2020    Oxunub:2544
2005-ci ildən başlayaraq hər il fevralın 4-ü Beynəlxalq Xərçəng Əleyhinə İttifaq tərəfindən Dünya Xərçənglə Mübarizə Günü kimi qeyd edilir. Bütün dünyada olduğu kimi, Azərbaycanda da onkoloji xəstələrin sayı artır.
Səhiyyə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, əgər 2017-ci ildə ölkəmizdə 45,7 min xəstə var idisə, 2018-ci ildə 49,1 min onkoloji xəstə qeydə alınıb.

"Lakin bununla yanaşı, hazırda ölkəmizdə yeni əmələ gələn şişlərlə beş və daha çox il yaşayan 17,6 min xəstə var. 2009-cu ildə Milli Onkoloji Mərkəzinin açılışından sonra ölkəmizdə xərçəng xəstəliklərinin müalicəsi sahəsində çox böyük irəliləyişlər baş verib. 2012-ci ildə Uşaq Onkologiya Mərkəzi, 2014-cü ildə yeni müalicə korpusu və bədxassəli şişlərinin molekulyar diaqnostikası laboratoriyaları açılıb. 2016-cı ilin aprelində Milli Onkologiya Mərkəzinin nəzdində regionda yeganə olan Nüvə Tibb Mərkəzi açılıb".

Məlumatda qeyd edilib ki, 2019-2021 illərdə Dünya Xərçəngə Qarşı Mübarizə Günü "Mən varam və olacağam" şüarı altında keçirilir.

Azvision.az



Teqlər: Səhiyyə   Xərçəng  





Xəbər lenti