Azərbaycanda 18 nəfər qidadan zəhərlənib

 Azərbaycanda 18 nəfər qidadan zəhərlənib
  04 Fevral 2020    Oxunub:2118
2020-ci ilin yanvar ayı ərzində Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) 1003 “Çağrı Mərkəzi”nə ümumilikdə 1985 müraciət daxil olub.
AQTA-dan Azvision.az -a verilən məlumata görə, daxil olan müraciətlərdən 401-i sertifikatlaşdırma və qeydiyyat, 429-u idxal-ixrac əməliyyatları, 187-i istehlakçı hüquqlarının pozulması halları ilə bağlı olub.

Qida zəhərlənmələri ilə bağlı Agentliyə 42 müraciət daxil olsa da, onlardan yalnız 18-i öz təsdiqini tapıb. Bütün hallarda müraciətlər araşdırılıb və qanunvericiliyin tələblərinə uyğun olaraq icrası təmin edilib.

Müvafiq dövrdə Agentliyə daxil olan müraciətlərin 69-u işə qəbulla bağlı, 857-i isə digər xarakterli müraciətlər olub.

Azvision.az




Teqlər: AQTA   Zəhərlənmə  





Xəbər lenti