“Gələcəyin Tahir Salahovları, Böyükağa Mirzəzadələri yetişir”
Nazir bildirib ki, sərgidə Mədəniyyət Nazirliyi şəbəkəsində fəaliyyət göstərən incəsənət məktəbləri və dərnəklərin şagirdlərinin işləri yer alıb. Gənclərin hazırladığı zərgərlik nümunələri, şəbəkə üslubunda oyma, rəssamlıq və tətbiqi sənətin müxtəlif növlərində əl işləri ilə böyük maraq doğurur.
Gənclər Gününün əhəmiyyətindən söz açan Əbülfəs Qarayev vurğulayıb ki, 2 fevral tarixinin “Azərbaycan Gəncləri Günü” elan edilməsi ümummilli lider Heydər Əliyevin Azərbaycan gəncliyinə göstərdiyi diqqət və qayğının bariz nümunəsi idi:
“Həmin vaxtdan etibarən hər il bu tarix gənclərimizin bayramı kimi təntənəli şəkildə qeyd olunur. Ölkəmizdə Gənclər günü ilə bağlı silsilə tədbirlərin təşkil olunması, müxtəlif sahələrdə yüksək nailiyyətlər qazanmış gənclərin mükafatlandırılması, istedadlı gənclərin beynəlxalq festival və müsabiqələrdə iştirakı həmişə dövlətimiz tərəfindən dəstəklənir. Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq olunan “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı çərçivəsində həyata keçirilən layihələr gənc nəslin hərtərəfli inkişafına stimul verir. Sevindirici haldır ki, yaradıcı gənclərimizin fəaliyyəti diqqətdən kənarda qalmır. Mədəniyyət Nazirliyinin tabeliyindəki yaradıcı təşkilatlarda gənclərin fəaliyyətinə xüsusi diqqət yetirilir”.
Nazir qeyd edib ki, bu gün incəsənət və musiqi məktəblərinin fəaliyyəti təkmilləşdirilir, maddi-texniki bazası möhkəmləndirilir: “Bu məktəblərin məzunları ölkəmizin incəsənətinin simaları olmaqla beynəlxalq müsabiqələrdə Azərbaycanı layiqincə təmsil edirlər. Hazırda izlədiyimiz bu əsərlər önu göstərir ki, gələcəyin Tahir Salahovları, Böyükağa Mirzəzadələri yetişir”.
Əbülfəs Qarayev əlavə edib ki, ölkə rəhbərliyinin gəncliyə göstərdiyi diqqət və qayğı onların fəaliyyətini daha da stimullaşdırır, yeni uğurlara ümidləndirir.
Azvision.az
Teqlər: Nazir Əbülfəs-Qarayev