Əsəd ordusunun 76 əsgəri zərərsizləşdirilib

  Əsəd ordusunun 76 əsgəri zərərsizləşdirilib
  04 Fevral 2020    Oxunub:3864
Suriyanın İdlib bölgəsində hərbi əməliyyatlar davam edir. İndiyədək Bəşər Əsədin tabeliyində olan ordunun 76 əsgəri zərərsizləşdirilib.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar açıqlama verib. Onun sözlərinə görə, Türkiyə hərbçilərinə təşkil edilən hücumlardan sonra Əsəd rejiminin 54 hədəfi atəşə tutulub.

Qeyd edək ki, bu gün Suriyada Bəşər Əsədə məxsus ordu qüvvələri Türkiyə hərbçilərinə hücum edib. İdlibdə baş vermiş hadisə zamanı Türkiyənin 5 əsgəri və 3 mülki heyət üzvü şəhid olub.

Azvision.az



Teqlər: Suriya   Bəşər-Əsəd   Türkiyə   Şəhid  





Xəbər lenti