Azərbaycanda yeni seçki məntəqələri yaradılıb

  03 Fevral 2020    Oxunub : 1246
 Azərbaycanda yeni seçki məntəqələri yaradılıb
Milli Məclisdə seçkilərlə əlaqədar məcburi köçkün rayonlarının dairə seçki komissiyalarının (DSK) tərkibində yeni seçki məntəqələri yaradılıb.
Azvision.az Secki-2020.az saytına istinadən xəbər verir ki, 125 saylı Zəngilan-Qubadlı seçki dairəsinin tərkibində yeni 57 saylı (Abşeron rayonunda Stansiya-Sumqayıt ərazisində salınmış şəhərcikdə, Qubadlı rayon Hal Kənd tam orta məktəbinin binasında), 58 saylı (Qaradağ rayonu, “Qobu Park 2” yaşayış kompleksində, Zəngilan rayon 20 nömrəli tam orta məktəbin binasında), 59 saylı (Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yeni salınmış şəhərcikdə, Şuşa şəhəri 7 nömrəli tam orta məktəbin binasında) seçki məntəqələri yaradılıb.

Eyni zamanda, 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsinin tərkibində yeni 78 saylı (Sumqayıt şəhər 12-ci mikrorayon məcburi köçkün şəhəriciyinin xeyir-şər evinin binasında) və 77 saylı (Abşeron rayonunda, Stansiya-Sumqayıt ərazisində salınmış şəhərcikdə, Qubadlı rayon Hal Kənd tam orta məktəbinin binasında) yeni seçki məntəqləri yaradılıb.

Qeyd edək ki, Milli Məclisə seçkilər fevralın 9-da keçiriləcək

Azvision.az

Teqlər: Seçki   MSK   Məntəqə