Siqaret qaçaqmalçılığının qarşısı alındı

Siqaret qaçaqmalçılığının qarşısı alındı
  03 Fevral 2020    Oxunub:2827
Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumatlar əsasında 3 fakt üzrə 7000 ədəd "King" markalı siqaretin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.
DGK-dan Azvision.az -a verilən məlumata görə, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn, Azərbaycan Respublikası vətəndaşlarının idarə etdiyi müxtəlif markalı avtomobillər saxlanılıb və gömrük baxışı keçirilib.

Sorğu-sual zamanı sürücülər idarə etdikləri nəqliyyat vasitələrində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildiriblər.

Baxış zamanı avtomobillərin gizli saxlanc yerlərindən 7000 ədəd "King" markalı siqaret aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.



Azvision.az





Teqlər: DGK  





Xəbər lenti