İtkin düşən yeniyetmənin meyiti transformatordan tapıldı

İtkin düşən yeniyetmənin meyiti transformatordan tapıldı
  03 Fevral 2020    Oxunub:5092
İki gün əvvəl itkin düşən 14 yaşlı oğlanın meyiti transformatordan tapılıb.
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Quba regional qrupundan Azvision.az -a verilən məlumata görə, Qusar RPŞ-nin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin fevral ayının 1-də itkin düşmüş 14.04.2006-cı il təvəllüdlü Əmrahov Əmrah Narulla oğlunun meyiti bu gün saat 15:30 radələrində yaşadığı kəndin yaxınlığında yerləşən transformatordan tapılıb.

Araşdırmalar zamanı məlum olub ki, Əmrah Əmrahov həmin transformatora daxil olub, elektrik enerjisi vurması nəticəsində dünyasını dəyişib.

Azvision.az



Teqlər: Qusar  





Xəbər lenti