Ədliyyə naziri İsmayıllıda qəbul keçirəcək

  03 Fevral 2020    Oxunub : 1155
Ədliyyə naziri İsmayıllıda qəbul keçirəcək
Ölkə Prezidenti cənab İlham Əliyevin vətəndaşların qayğı və problemlərinə diqqətlə yanaşılması barədə tapşırıqlarına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Azərbaycan Respublikasının ədliyyə naziri Fikrət Məmmədov tərəfindən fevralın 5-də İsmayıllı rayonunda vətəndaşların qəbulu keçiriləcək.
Ədliyyə Nazirliyi Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, İsmayıllı şəhəri Heydər Əliyev Mərkəzində (ünvan: İsmayıllı şəhəri, Heydər Əliyev prospekti 57) keçiriləcək qəbulda İsmayıllı, Qəbələ, Göyçay, Şamaxı, OğuzAğdaş rayonlarında yaşayan vətəndaşların ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaq.

Vətəndaşlar qəbula Göyçay regional ədliyyə idarəsi (ünvan: Göyçay şəhəri, Nizami küçəsi 111, əlaqə telefonu: (02027) 4-30-41, (050) 661-81-20), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), 055-925-37-41 nömrəli telefonları və [email protected] elektron poçt ünvanı vasitəsilə, eləcə də İsmayıllı şəhəri Heydər Əliyev Mərkəzində yazıla bilərlər.

Həmçinin, vətəndaşların rahatlığı üçün nazirliyin rəhbərliyinin qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır.


Azvision.az

Teqlər: Ədliyyə