Şirvanlı namizədin gənclərlə görüşü keçirilib

Şirvanlı namizədin gənclərlə görüşü keçirilib
  03 Fevral 2020    Oxunub:4844
46 saylı Şirvan Seçki Dairəsindən namizəd Zabit Əlizamin oğlu Gülüş 2 fevral “Gənclər gün”ündə görüş keçirib.
100-ə yaxın gənc, könüllü və media nümayəndələrinin iştirak etdiyi tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səslənib.

Sonra deputatlığa namizəd Zabit Gülüş çıxışında ölkə rəhbərliyinin həyata keçirtdiyi gənclər siyasətindən və son zamanlar gənc kadrlara göstərilən etimaddan danışıb. Həmçinin Şirvan gəncliyinin potensialından, onların iş qabiliyyətindən və gücündən söz açıb.



Maraqlı diskusiyya şəraitində keçən görüşdə gənclər namizədə müxtəlif suallar verib, arzularını səsləndirib və onu dəstəklədiklərini dilə gətiriblər.



2 Fevral “Gənclər günü”nə həsr olunan tədbirin sonunda tort kəsilib və gənclər yallı sədaları altında rəqs ediblər.



Daha ətraflı məlumatlarla namizədin feysbuk , instaqram youtube hesablarında tanış olmaq mümkündür.



Teqlər: Seçki  





Xəbər lenti