İdlibdə şəhid olan türklərin sayı 6-ya çatıb

İdlibdə şəhid olan türklərin sayı 6-ya çatıb
  03 Fevral 2020    Oxunub:2007
İdlibdə Bəşər Əsəd qüvvələri tərəfindən edilən hücumda həlak olanların sayı 6 nəfərə çatıb.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda deyilir ki, İdlibdəki hücumun qarşısını alan zamanı yaralanan əsgərlərdən biri və mülki heyətdən bir nəfər şəhid olub.

“Şəhid və yaralı silahdaşlarımızın qanı yerdə qalmayacaq. Bu mənfur hücumu edənlərdən haqq-hesab soruşulacaq. Bənzər hücumlara qarşı özünümüdafiə hüququmuz ən sərt şəkildə istifadə ediləcəkdir”, - deyə qeyd olunub.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Türkiyə   Şəhid   İdlib  





Xəbər lenti