KİV DF qalib jurnalistlərin adını açıqladı

KİV DF qalib jurnalistlərin adını açıqladı
  23 Dekabr 2013    Oxunub:1016
Qaliblərin adı açıqlandı
Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib. AzVision.az-ın məlumatına görə, yığıncağı giriş sözü ilə açan Fondun Müşahidə Şurasının sədri Umud Mirzəyev iclasın gündəliyindəki məsələ barəsində məlumat verib.

1. 31 Dekabr- Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə keçirilən fərdi jurnalist yazıları müsabiqəsinin nəticələrinin müzakirəsi;

2. Cari məsələlər;

İclasın sədri gündəlikdəki məsələlər barəsində çıxış etmək üçün sözü Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərliyə verib. İcraçı direktor Şura üzvlərinə məlumat verərək bildirib ki, ötən müddət ərzində 31 Dekabr- Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə keçirilən fərdi jurnalist yazıları müsabiqəsinə 108 yazı təqdim olunub: "Müsabiqə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyasında nəzərdə tutulmuş 15 istiqamət üzrə keçirilib. Fərdi jurnalist yazıları müsabiqəsinə təqdim edilmiş yazılar 9 ekspert tərəfindən qiymətləndirilib”. Bundan sonra müsabiqənin nəticələri Müşahidə Şurasının müzakirəsinə çıxarılıb. Müzakirələrdə iştirak edən Şura üzvləri jurnalist peşəkarlığının artırılması baxımından müsabiqənin xüsusi əhəmiyyət daşıdığını bildiriblər. Müsabiqənin şərtlərinə əsasən, hər istiqamət üzrə ən yüksək bal toplamış 3 yazı qalib hesab edilib. Bundan əlavə 15 müsabiqə iştirakçısına həvəsləndirici mükafatların verilməsi qərara alınıb. Qeyd edək ki, müsabiqənin şərtlərinə uğun olaraq qaliblərin hər birinə 1000 manat, həvəsləndirici mükafatların sahiblərinə isə 300 manat məbləğində mükafat verilməsi nəzərdə tutulub.

Sonda Vüqar Səfərli Müşahidə Şurası üzvlərini maraqlandıran məsələlərə aydınlıq gətirib. İcraçı direktor bildirib ki, müsabiqənin qalibləri 2013-cü il dekabrın 24-də "Xəmsə” İstirahət Mərkəzində keçiriləcək tədbirdə mükafatlandırılması qərara alınıb.

Siyahı ilə BURADAN tanış ola bilərsiniz.


Teqlər:  





Xəbər lenti