Şəhid Səməndər Quliyevin doğum günüdür

Şəhid Səməndər Quliyevin doğum günüdür
  03 Fevral 2020    Oxunub:3301
Bu gün şəhid Səməndər Quliyevin doğum günüdür.
Azvision.az -ın məlumatına görə, Quliyev Səməndər Rəsul oğlu 1964-cü il fevralın 3-də Ağdam rayonunun Mahrızlı kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra 1982-1984-cü illərdə keçmiş sovet ordusunda xidmət edib. Hərbi xidməti başa vurduqdan sonra doğma kəndinə qayıdaraq kolxozda traktorçu işləyib.

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü başlayanda Səməndər Quliyev könüllü olaraq Vətənimizin müdafiəsinə qalxıb və Ağdam cəbhəsində gedən döyüşlərdə iştirak edib. Onun son döyüşü 1994-ci il fevralın 1-də Ağdam rayonunun Novruzlu kəndində olub. Həmin döyüşdə düşmən tankını qumbara ilə partladan Səməndər bir yaralı əsgərimizi də döyüş meydanından çıxararaq xilas edib, daha sonra yenidən döyüşlərə qatılıb. Həmin döyüşdə güllə yarası alaraq şəhidlik zirvəsinə ucalıb.

Fevralın 2-də Mahrızlı kənd qəbirstanlığında dəfn edilib.

Azvision.az


Teqlər: Şəhid   SəməndərQuliyev  





Xəbər lenti