Türkiyənin 4 əsgəri şəhid olub, yaralılar var

Türkiyənin 4 əsgəri şəhid olub, yaralılar var
  03 Fevral 2020    Oxunub:2636
Bəşər Əsədə sadiq ordunun intensiv artilleriya atəşi nəticəsində İdlibdə Türkiyənin 4 əsgəri şəhid olub.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, hadisə zamanı 9 əsgər yaralanıb, onlardan birinin vəziyyəti ağırdır.

Nazirlik hücumun qarşısının alınması üçün lazımi tədbirlərin görüldüyünü və hədəflərin məhv edildiyi bəyan edib. Eyni zamanda şəhidlərin ailələrinə, Türkiyə Silahlı Qüvvələrinə və türk xalqına başsağlığı verib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Türkiyə   Şəhid  





Xəbər lenti