“Tottenhem” “Mançester Siti”ni məğlub etdi

“Tottenhem” “Mançester Siti”ni məğlub etdi
  03 Fevral 2020    Oxunub:3602
İngiltərə Premyer Liqasında 25-ci tura yekun vurulub.
Azvision.az xəbər verir ki, turun mərkəzi oyununda "Mançester Siti" və “Tottenhem” klubları qarşılaşıblar.

Gərgin hücumlar şəraitində keçən görüş "Tottenhem"in 2:0 hesablı qələbəsi ilə başa çatıb. “Tottenhem”in heyətində Stiven Berqveyn və Son Xın Min fərqlənib.

Hazırda 37 xalı olan "Tottenhem" turnir cədvəlində üçüncü yeri tutur. "Mançester Siti" isə 51 xalla ikinci pillədə qərarlaşıb.

Azvision.az



Teqlər: Premyer-Liqa  





Xəbər lenti