Londonda terror aktı törədilib - Yaralılar var

  02 Fevral 2020    Oxunub : 2670
 Londonda terror aktı törədilib - Yaralılar var
Londonun cənubunda yerləşən Streatham rayonunda naməlum şəxs bıçaqla insanlara hücum edib.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, insident nəticəsində bir neçə nəfər yaralanıb. Cinayətkar polis tərəfindən güllələnərək zərərsizləşdirilib. Əraziyə təcili yardım briqadaları cəlb olunub.

London polisi hadisənin terror aktı olduğunu açıqlayıb. Hazırda faktla bağlı araşdırma aparılır.



Azvision.az

Teqlər: London   Terror