Ərdoğanın Ukraynaya səfər proqramı məlum oldu

   Ərdoğanın Ukraynaya səfər proqramı məlum oldu
  02 Fevral 2020    Oxunub:3033
Sabah Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə-Ukrayna Strateji Şurasının 8-ci yüksək səviyyəli iclasında iştirak etmək üçün Ukraynaya rəsmi səfər edəcək.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb. Bildirilib ki, Kiyevdə Rəcəb Tayyib Ərdoğan və Ukrayna Prezidenti Vladimir Zelenskinin başçılığı ilə keçiriləcək Şuranın iclasında bütün sahələrdə ikitərəfli və regional məsələlərə baxılacaq.

Eyni zamanda, Ukrayna ilə strateji tərəfdaşlıq münasibətlərini dərinləşdirmək üçün yeni əməkdaşlıq imkanlarının qiymətləndiriləcəyi bildirilib.

Görüş çərçivəsində Türkiyə-Ukrayna biznes forumu keçiriləcək.

Azvision.az



Teqlər: Ərdoğan   Kiyev  





Xəbər lenti