“Bəzi tələbələr Çində qalmağa üstünlük veriblər” - Ceyhun Bayramov
Bunu Təhsil naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, Çindəki tələbələrlə mütəmadi olaraq, həm Azərbaycan Xarici İşlər Nazirliyi, həm də Azərbaycanın Çindəki səfirliyi vasitəsilə əlaqə saxlanılır.
"Onların böyük hissəsi Azərbaycandadır. Bəzi tələbələr isə Çinin digər şəhərlərinə yerləşdirilib. Onlar ciddi təhlükəyə baxmayraq orada qalmağa üstünlük veriblər. Ancaq bütün dövlət orqanları məsələni nəzarətdə saxlayır. Vətənə dönmək istəyənlərin geri qaytarılması ilə bağlı hər hansı problem yoxdur".
C.Bayramov bildirib ki, hazırda Azərbaycanda 94 nəfər Çin vətəndaşı ali təhsil alır: "Bir nəfər çinli tələbənin narahatlığı olduğu üçün tibb müəssisəsinə yerləşdirilib. Bakı Dövlət Universitetinin rəhbərliyi mütəmadi olaraq onunla əlaqə saxlayır. Onun səhhətində hər hansı problemlər mövcud deyil". (Trend)
Azvision.az
Teqlər: Təhsil-Nazirliyi