FHN rəhbərliyi vətəndaşların qəbulunu keçirib

FHN rəhbərliyi vətəndaşların qəbulunu keçirib
  01 Fevral 2020    Oxunub:1995
Azərbaycan Respublikasının Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov Yevlax şəhərində Yevlax rayonunun sakinlərinin, həmçinin bu rayonda məskunlaşmış məcburi köçkünlərin qəbulunu keçirib.
FHN-dən Azvision.az -a verilən məlumata görə, Fövqəladə Hallar naziri tərəfindən qəbul edilən vətəndaşların müraciətlərinin bir çoxu yerindəcə öz həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.

Bundan əlavə, Fövqəladə Hallar nazirinin müavini Ragim Lətifov Mingəçevir şəhərində Mingəçevir şəhərinin, Fövqəladə Hallar nazirinin müavini Orucəli Hacıyev Ağdaş şəhərində Ağdaş rayonunun sakinləri və həmin şəhər və rayonda məskunlaşmış məcburi köçkünləri qəbul edib.

Azvision.az


Teqlər: FHN   Rəhbər   Qəbul  





Xəbər lenti