Evlərdən oğurluq edən şəxslər tutuldu

  01 Fevral 2020    Oxunub : 1459
Evlərdən oğurluq edən şəxslər tutuldu
Suraxanı rayonundakı mənzillərin birindən 500 manat və 200 ABŞ dolları məbləğində pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini E.Əmrayev rayon polis idarəsinin 31-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Şəmkir rayonundakı evlərin birindən 8200 manat pul oğurlamaqda şübhəli bilinən rayon sakinləri, əvvəllər məhkum olunmuş şəxslər A.Əliyev və N.Kamilli rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanıblar.

Hər iki faktla bağlı araşdırmalar aparılır.

Azvision.az

Teqlər: DİN