Qarabağ qaziləri Çingiz Qənizadəni belə qarşıladılar - Fotolar

Qarabağ qaziləri Çingiz Qənizadəni belə qarşıladılar -    Fotolar
  01 Fevral 2020    Oxunub:2438
80 saylı İmişli-Beyləqan seçki dairəsindən deputatlığa namizəd Çingiz Qənizadə dünən Beyləqan rayonunun Qəhrəmanlı, İmamverdili və Qaralar kəndində seçiciləri ilə bir araya gəlib.
Azvision.az xəbər verir ki, deputatlığa namizəd Çingiz Qənizadə seçicilərə özünün parlamentdəki və beynəlxalq təşkilatlardakı fəaliyyəti barədə məlumat verib.



Regionların sosial-iqtisadi inkişafından söz açıb. Dövlət başçısı möhtərəm İlham Əliyev və Birinci vitse prezident Mehriban Əliyevanın apardığı islahatlardan danışıb və digər işləri qeyd edib.



Çingiz Qənizadə Qəhrəmanlı kəndində böyük nüfuz sahibi olan kənd müəlliməsinin yas mərasimində də iştirak edib. Ayrı-ayrı ziyalılar, gənclər, müəllimlərlə görüşüb və onlarla söhbət edib. Fərdi qaydada seçicilərini qəbul edib.

Daha sonra İmamverdili və Qaralar kəndində seçiciləri ilə görüşlərini davam etdirib.















Azvision.az


Teqlər: Namizəd   ÇingizQənizadə  





Xəbər lenti