Çindən azərbaycanlıları gətirən təyyarə Monqolustanda eniş edib - FOTO

Çindən azərbaycanlıları gətirən təyyarə Monqolustanda eniş edib -  FOTO
  01 Fevral 2020    Oxunub:14257
Çinin koronavirus yayılan Uhan şəhərindən təxliyə edilən Türkiyə, Azərbaycan və digər ölkə vətəndaşlarının olduğu təyyarə Monqolustanın paytaxtı Ulan-Batora eniş edib.

Azvision.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin “Twitter” səhifəsində məlumat yayılıb.
Bildirilib ki, Çindən türk və dost ölkə vətəndaşlarını çıxaran təyyarə yanacaq doldurmaq üçün Monqolustanın paytaxtı Ulan-Batora enib.

Xatırladaq ki, təyyarədə Türkiyə, Azərbaycan, Gürcüstan və Albaniya vətəndaşları var.





Pərvanə Sultanova
Azvision.az



Teqlər: Çin   Koronavirus  





Xəbər lenti