“Lotu Quli”ni öldürmək istəyən dəstə saxlanıldı

 “Lotu Quli”ni öldürmək istəyən dəstə saxlanıldı
  01 Fevral 2020    Oxunub:9627
İstanbul polisi müxtəlif cinayətlərdə iştirakı müəyyənləşdirilən dəstəyə qarşı əməliyyat keçirib.
Azvision.az “Hurriyət”ə istinadən xəbər verir ki, əməliyyat nəticəsində 8-i azərbaycanlı olmaqla ümumilikdə 16 nəfər saxlanılıb.

Onlardan biri milliyətcə rus, 3-ü ukraynalı, 4-ü gürcüdür. Aparılan axtarışlar zamanı 11 tapança və 222 ədəd müxtəlif çaplı patron ələ keçirilib.

Şübhəlilərin “Lənkəranski” ləqəbli ilə tanınan mərhum “qanuni oğru” Rövşən Caniyevin intiqamını almaq üçün İstanbula gəldikləri məlum olub. Onların "Lotu Quli” ləqəbli "qanuni oğru" Nadir Səlifovu öldürmək planı üzə çıxıb. Hazırda faktla bağlı araşdırma aparılır.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Lotu-Quli  





Xəbər lenti