Balakəndə narkotacirlər saxlanılıb
A.Qarayevin ətrafında aparılan araşdırmalarla ona həmin psixotrop maddəni satan şəxslərin Gəncə şəhər sakinləri 29 yaşlı Natiq Cəfərov və 30 yaşlı Fuad Əmiraslanov olduqları müəyyən olunub. Onlar da şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətiriliblər.
N.Cəfərov və F.Əmiraslanovun metamfetamini 500 manata Anar Qarayevə satdıqları, ondan isə 60 manata narkotik vasitə olan heroin aldıqları məlum olub.
Faktla bağlı saxlanılan şəxslər barəsində Balakən Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.
Azvision.az
Teqlər: DİN