Şengen vizası almaq üçün qaydalar dəyişir

Şengen vizası almaq üçün qaydalar dəyişir
  01 Fevral 2020    Oxunub:3262
Cari ilin 2 fevral tarixindən etibarən yenilənmiş Avropa Viza Məcəlləsi qüvvəyə minəcək.
Azvision.az xəbər verir ki, dəyişikliyə əsasən, çoxgirişli icazə yeni qaydalarla veriləcək.

Şengen vizası üçün ödəniş Azərbaycan, o cümlədən digər 10 ölkə - Rusiya, Gürcüstan, Serbiya, Bosniya və Herseqovina, Monteneqro, Makedoniya, Ermənistan, Albaniya, Ukrayna, Moldova vətəndaşları üçün dəyişməyəcək. Belə ki, konsulluq haqqı əvvəlki kimi 35 avro məbləğində qalacaq.

Lakin şengen zonasına daxil olan Avropa ölkələrinin viza mərkəzlərində viza üçün müraciət edərkən göstərilən xidmətlərin ümumi dəyəri daha çox olacaq. Əlavə xidmət haqqı bir qayda olaraq, 30 avronu keçmir.

Qeyd edək ki, Avropa Parlamenti ötən il yeni qaydaları təsdiqləyib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Viza   Şengen  





Xəbər lenti