Senatda impiçmentlə bağlı səsvermə keçirildi

  01 Fevral 2020    Oxunub : 1376
Senatda impiçmentlə bağlı səsvermə keçirildi
ABŞ Senatı Prezident Donald Trampa qarşı impiçmentin bir hissəsi olaraq şahidlərin çağırılmasının əleyhinə səs verib.
Azvision.az "Reuters"ə istinadən xəbər verir ki, Senatın 51 üzvündən 49-u qeyd edilən məsələni dəstəkləyib.

Respublikaçılar Partiyasının çoxluq təşkil etdiyi Senatın bu qərarı nəticəsində bir neçə əsas şahid, xüsusən Trampın milli təhlükəsizlik üzrə keçmiş müşaviri Con Bolton Nümayəndələr Palatasının tələb etdiyi impiçment proseduru çərçivəsində ifadə verə bilməyəcək.

Daha əvvəl Con Bolton Senatda ifadə verməyə hazır olduğunu rəsmən bəyan etmişdi.

Xatırladaq ki, prosesin başlamasının səbəbi Trampın Ukrayna Prezidenti Vladimir Zelenski ilə telefon danışığının mətninin yayılması olub. Belə ki, Tramp Zelenskidən Kiyevə maliyyə və hərbi yardımın göstərməsi qarşılığında ABŞ-ın keçmiş vitse-prezidenti Cozef Baydenin oğlu Hanter Baydenin Ukraynadakı fəaliyyəti ilə əlaqədar istintaqın başladılmasını istəyib.

Nümayəndələr Palatası ötən il 18 dekabr tarixində Trampa qarşı ittiham aktının iki maddəsini təsdiqlənib.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: ABŞ   Tramp   Senat