AŞPA-da Paşinyana ciddi xəbərdarlıq edildi

 AŞPA-da Paşinyana ciddi xəbərdarlıq edildi
  01 Fevral 2020    Oxunub:3047
Avropa Şurası Parlament Assambleyası (AŞPA) Ermənistanın baş naziri ilə Konstitusiya Məhkəməsinin sədri arasında gərginliyin yüksək səviyyədə olmasından narahatlığını ifadə edib.

Azvision.az xəbər verir ki, bu barədə AŞPA müşahidəçilərinin bəyanatında deyilir.
“Nəzarət və tarazlıq istənilən demokratik sistem üçün vacibdir. Bu, bütün institusional səlahiyyətlilərin qanunun aliliyinə uyğun hərəkət etməli olduğunu, əməldə və sözdə, o cümlədən təqsirsizlik prezumpsiyasına hörmətlə yanaşmalarını nəzərdə tutur. Əgər onlar bu prinsiplərə uyğun olaraq qarşılıqlı əlaqə qura bilmirlərsə, prinsipləri zədələyir və sarsıdırlar. Buna görə də biz məhkəmə sisteminə olan aşağı inamdan, görünməmiş gərginlik səviyyəsinə gətirə biləcək vəziyyətdən narahatıq”, - deyə bəyanatda bildirilib.

Qeyd olunub ki, Ermənistan hakimiyyəti Konstitusiya Məhkəməsi hakimlərinin vaxtından əvvəl istefası mexanizmi ilə bağlı Venesiya Komissiyasının rəyini istəyib: “Avropa standartlarına uyğun olaraq, Venesiya Komissiyası erkən təqaüdün ciddi şəkildə könüllü olması və bu prinsipə hörmət edilməli olduğunu vurğuladı. Həmməruzəçilər olaraq, Ermənistan hakimiyyətinin bu prinsiplərə uyğun hərəkət etməsini yaxından izləyəcəyik".

AŞPA nümayəndələri məhkəmə sisteminə təzyiq kimi qəbul edilə bilən hərəkət və ifadələrdən çəkinməyin zəruriliyini də dilə gətiriblər: “Bundan əlavə, biz bütün tərəfləri gərginliyi azaltmağa çağırırıq”.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: AŞPA   Ermənistan   Paşinyan  





Xəbər lenti