Həmkarları İlham Əliyevi təbrik etdi

Həmkarları İlham Əliyevi təbrik etdi
  23 Dekabr 2013    Oxunub:1052
Prezident İlham Əliyevin doğum günü münasibəti ilə bir neçə həmkarı ölkə başçısına təbrik məktubu göndərib.

AzVision.az-ın məlumatına görə, Qazağıstan və Türkmənistan prezidentləri İlham Əliyevi təbrik edərək ona can sağlığı arzulayıblar.

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov:

-Hörmətli İlham Heydər oğlu,

Doğum gününüz münasibətilə səmimi təbriklərimi və xoşbəxtlik, möhkəm cansağlığı və firavanlıq arzularımı qəbul edin.

Zati-aliləri, bu xoş fürsətdən istifadə edərək Sizə səmimi qəlbdən tükənməz həyat eşqi və enerji, dost Azərbaycan xalqının rifahı naminə bütün təşəbbüs və səylərinizdə yeni uğurlar diləyirəm.

Nursultan Nazarbayev:

- Doğum gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Qazaxıstan Respublikası ilə Azərbaycan Respublikası arasında əməkdaşlığın inkişafına daimi dəstəyinizə və sanballı töhfənizə görə Sizə səmimi təşəkkürümü bildirirəm. Ölkələrimizin xalqları arasında dostluq münasibətlərinin intensiv inkişafını böyük məmnuniyyətlə qeyd edirəm.

Əmin olduğumu bildirirəm ki, bizim səylərimiz sayəsində xalqlarımızın rifahı naminə Astana ilə Bakı arasında müxtəlif sahələrdə əməkdaşlıq bundan sonra da inkişaf edəcəkdir.
Möhtərəm Prezident, fürsətdən istifadə edib Sizə möhkəm cansağlığı, tükənməz enerji, ali dövləti fəaliyyətinizdə uğurlar, qardaş Azərbaycan xalqına isə sülh və firavanlıq arzulayıram.

Daha sonra ölkə başçısını Rusiya Federasiyası Dağıstan Respublikasının Prezidenti Ramazan Abdulatipov, Çin Xalq Respublikasının sədri Si Tszimpin və Latviya Respublikasının Prezidenti Andris Berzinş də təbrik ediblər.

AzVision.az


Teqlər:  





Xəbər lenti