Azərbaycan vətəndaşları Çindən təxliyə edildi

Azərbaycan vətəndaşları Çindən təxliyə edildi
  01 Fevral 2020    Oxunub:4357
Çinin koronavirus yayılan Uhan şəhərində yaşayan azərbaycanlılar təxliyə edilib.
Azvision.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Uhandakı Türkiyə, Azərbaycan, Gürcüstan və Albaniya vətəndaşlarının olduğu təyyarə Çindən geri qayıdır.

“Türkiyə və dost ölkə vətəndaşlarını Səhiyyə Nazirliyi heyətinin nəzarəti altında təhlükəsiz şəkildə qəbul edən təyyarə Çinin Uhan şəhərindən havaya qalxıb", - deyə Türkiyə Müdafiə Nazirliyinin məlumatında bildirilib.

Xatırladaq ki, Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca 7 Azərbaycan, 7 Gürcüstan və 1 Albaniya vətəndaşının da olduğu 49 nəfərin Uhandan təxliyə ediləcəyini demişdi. Onun sözlərinə görə, Türkiyəyə gətiriləcək vətəndaşlar 14 gün karantində saxlanılacaqlar.

'Pərvanə Sultanova
Azvision.az


Teqlər: Çin   Uhan   Türkiyə   Təyyarə  





Xəbər lenti