MSK-dan YAP-ın namizədinə xəbərdarlıq

   MSK-dan YAP-ın namizədinə xəbərdarlıq
  31 Yanvar 2020    Oxunub:3448
Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında Yeni Azərbaycan Partiyasının namizədi Fatma Yıldırıma xəbərdarlıq edilib.
Azvision.az xəbər verir ki, məsələ barədə MSK üzvü Tofiq Həsənov məlumat verib.

O bildirib ki, namizəd bir kənddə torpaq sahəsinin hamarlanmasına kömək edib:

"Bununla bağlı videomaterial da var. Həmin videomaterial efir vasitəsilə yayımlanıb".

MSK bu fakta görə 93 saylı Bərdə şəhər seçki dairəsindən namizədliyi qeydə alınmış Fatma Yıldırıma xəbərdarlıq edib.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: MSK   Seçki  





Xəbər lenti