Həsən Şirinov təqaüdə göndərildi - RƏSMİ

   Həsən Şirinov təqaüdə göndərildi -    RƏSMİ
  31 Yanvar 2020    Oxunub:4360
Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) rəis müavini, polis general-mayoru Həsən Şirinov tutuduğu vəzifədən azad edilib.

Azvision.az -ın məlumatına görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Həsən Şirinov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov faktı təsdiqləyib.

Azvision.az



Teqlər: BŞBPİ  





Xəbər lenti