Rusiyada “Facebook” və “Twitter”ə qarşı iş açıldı

 Rusiyada “Facebook” və “Twitter”ə qarşı iş açıldı
  31 Yanvar 2020    Oxunub:2790
Rusiyanın Rabitə, İnformasiya Texnologiyaları və kütləvi kommunikasiyalar üzrə federal nəzarət xidməti (Roskomnadzor) “Facebook” və “Twitter”ə qarşı inzibati iş açıb.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, hər iki sosial şəbəkəni bir milyondan altı milyon rubla qədər cərimə gözləyir. Buna səbəb şirkətlərin Rusiya vətəndaşlarının şəxsi məlumat bazalarının lokallaşdırılması barədə vaxtında məlumat verməməsidir.

Qeyd edək ki, dekabr ayında Vladimir Putin bu cür pozuntulara görə cərimə haqqında qanunu imzalayıb

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Facebook   Rusiya   Tvitter  





Xəbər lenti