Xızıda raket hissələri aşkarlanıb - FOTO

Xızıda raket hissələri aşkarlanıb -  FOTO
  31 Yanvar 2020    Oxunub:3529
Yanvarın 30-u saat 17:07-də Daxili İşlər Nazirliyinin (DİN) ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Xızı rayonunun giriş hissəsinə yaxın olan ərazidə 5-6 ədəd mərminin tapılması barədə məlumat daxil olub.
Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Azvision.az -a verilən məlumata görə, agentliyin xüsusi mobil çevik əməliyyat və kinolojı qrupları, Xızı Rayon Polis Şöbəsinin və Mərkəzi Xəstəxanasının əməkdaşları dərhal həmin əraziyə göndərilib və rayonun Giləzi qəsəbəsi ərazisində otlaq sahəsinə baxış keçirilib.



Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd 122 mm-lik 9M22U raketi və 4 ədəd partlamış-yanmış raket hissələri aşkar olunub, havanın qaranlıq olması ilə əlaqədar olaraq əməliyyat-axtarış tədbirləri 31 yanvar tarixində də davam etdirilib, nəticədə əlavə 2 ədəd partlamış-yanmış raket hissələri aşkar olunub, götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Raketlərin ətrafında 10 000 kv.m əraziyə yerüstü, 200 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.





Azvision.az


Teqlər: Xızı   Silah-sursat  





Xəbər lenti