Hərbi prokurorluğun 14 əməkdaşı intizam məsuliyyətinə cəlb edilib

  31 Yanvar 2020    Oxunub : 1973
Hərbi prokurorluğun 14 əməkdaşı intizam məsuliyyətinə cəlb edilib
“Prokurorluq haqqında” Qanunda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinə mənfi təsir göstərən hallar da ətraflı təhlil olunub. İbtidai araşdırmanın aparılması, baş vermiş cinayət hadisələri nəticəsində hüquqi və fiziki şəxslərə vurulmuş maddi ziyanın ödənilməsi, dövlət ittihamının müdafiəsi ilə əlaqədar işin təşkilində yol verilmiş nöqsanlar və çatışmazlıqlar ciddi tənqid edilib, onların aradan qaldırılması üçün konkret göstərişlər verilib.
Azvision.az xəbər verir ki, bu barədə Respublika Hərbi Prokurorluğunun struktur qurumlarında və ərazi hərbi prokurorluqlarındakı əməliyyat müşavirələrinin nəticələri və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclasında vurğulanıb.

Qeyd olunub ki, 2019-cu ildə xidməti fəaliyyətində yol verdiyi nöqsanlara görə 14 nəfər prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb edilib.

Azvision.az

Teqlər: Hərbi-Prokurorluq