İranın zərbələri nəticəsində ABŞ-ın 64 hərbçisi xəsarət alıb

 İranın zərbələri nəticəsində ABŞ-ın 64 hərbçisi xəsarət alıb
  31 Yanvar 2020    Oxunub:2847
İraqdakı ABŞ hərbi bazasına İran tərəfindən raket zərbələrinin endirilməsi nəticəsində xəsarət alan amerikalı hərbçilərin sayı 64-ə çatıb.
Azvision.az xəbər verir ki, bu barədə Pentaqon rəsmi məlumat yayıb. Bildirilib ki, hərbi qulluqçulara baş-beyin xəsarətləri diaqnozu qoyulub.

Yaralanan 64 hərbçidən 39-u tibbi yardım aldıqdan sonra xidmətlərinə geri dönüb. 18 nəfər isə müalicə üçün Almaniyaya göndərilib.

Azvision.az


Teqlər: ABŞ   İran  





Xəbər lenti