Çində koronavirusdan ölənlərin sayı 213-ə çatıb

   Çində koronavirusdan ölənlərin sayı 213-ə çatıb
  31 Yanvar 2020    Oxunub:2549
Çində koronavirusun yeni növünə (2019-nCoV) yoluxanların sayı 9692 nəfərə çatıb.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Çinin Dövlət Səhiyyə Komissiyası məlumat yayıb. Bildirilib ki, indiyədək 213 nəfər koronavirusdan ölüb. Xəstələrdən 1527 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Çində koronavirusdan ölüm hallarının 204-ü virusun aşkarlandığı və ən çox yayıldığı (5806 nəfər) Hubey vilayətində qeydə alınıb. Çindən başqa, Tailand, Cənubi Koreya, Yaponiya, Vyetnam, Sinqapur, ABŞ, Malayziya, Fransa, Avstraliya, Nepal, Kanada, Almaniyada, Şri-Lanka, Kamboca, Birləşmiş Ərəb Əmirlikləri, Finlandiya, Hindistan, Filippin və İtaliyada ümumilikdə 100-ə yaxın şəxsin virusa yoluxması təsdiqlənib.

Azvision.az


Teqlər: koronavirus  





Xəbər lenti