Elçin Əlibəyli “ElMed”in pulunu geri qaytarıb?

Elçin Əlibəyli “ElMed”in pulunu geri qaytarıb?
  23 Dekabr 2013    Oxunub:2482
Bir müddət bundan öncə xəbər verdiyimiz kimi “ElMed” klinikası teleaparıcı Elçin Əlibəylidən 34 min manatın mənimsənimləsi ilə əlaqədar Binəqədi rayon Polis İdarəsi 7-ci polis bölməsinə şikayət etmişdi.

Elçin Əlibəyli isə məsələ ilə bağlı son açıqlamasında klinika ilə narazılığı həll etdiyini, klinikanın rəhbərinin isə iddiasından geri çəkildiyini bildirib.

Teleaparıcının açıqlamasından sonra onu məhkəmə ilə hədələyən “ElMed” klinikasının direktoru Ramil Quliyev isə bu barədə danışmaqdan çəkindi.

Məsələnin hansı yolla həll edildiyi, klinika rəhbərinin iddia etdiyi məbləği geri alıb-almadığı qaranlıq qalır.

AzVision.az R. Quliyevdən 34 min manatın taleyinin necə həll olunmasını soruşub. Klinika rəhbəri problemin həll edildiyini bildirsə də, məsələnin necə həll olunması haqda danışmaq istəmədiyini deyib.

Jurnalistə qarşı od püskürən klinikanın birdən-birə susması maraq doğurur. Bəzi məlumatlara görə, klinikadan alınan məbləğ geri qaytarılıb. Buna görə də klinika şikayətini geri götürüb.

Şəhanə Rəhimli


Teqlər:  





Xəbər lenti