Qaxda yol qəzası ölümlə nəticələndi

Qaxda yol qəzası ölümlə nəticələndi
  30 Yanvar 2020    Oxunub:2605
Qax rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Azvision.az -a verilən məlumata əsasən, yanvarın 29-da saat 16 radələrində Qax rayonunun Əmbərçay kəndi ərazisində kənd sakini Namiq Hətəmovun idarə etdiyi “VAZ-21063” və Balakən şəhər sakini İ.Kərimovun idarə etdiyi “Mercedes-Vito” markalı avtomobillər toqquşub. Nəticədə N.Hətəmov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən faktla bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN   Qəza  





Xəbər lenti