Məşhur aktrisaya yüksək vəzifə verildi

Məşhur aktrisaya yüksək vəzifə verildi
  30 Yanvar 2020    Oxunub:2205
Braziliyanın seriallar ulduzu, 72 yaşlı Regina Duarte ölkənin mədəniyyət işləri üzrə katibi olacaq.
Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, aktrisa Braziliya Prezidenti Jair Bolsonarun bununla bağlı təklifini qəbul edib.

Qeyd edək ki, R.Duarte 90-cı illərin ortalarından bütün dünyada məşhurlaşan Braziliya seriallarının ulduzu olub. O, baş rolda oynadığı “Metallom Kraliçası” (1990) serialındakı rolu ilə xüsusi şöhrət qazanıb.

Regina Duarte rol seçməkdə son dərəcə ehtiyatlı olan aktrisalar kateqoriyasına aiddir. "Sevgi adına” seriala qızı Qabriela ilə birgə çəkilib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Braziliya   Serial   Aktrisa   Vəzifə  





Xəbər lenti