Tramp Çindəki vəziyyəti yaxından izləyir

Tramp Çindəki vəziyyəti yaxından izləyir
  30 Yanvar 2020    Oxunub:2066
ABŞ Prezidenti Donald Tramp koronavirusla əlaqədar iclas keçirib və vəziyyəti yaxından izlədiyini deyib.
Azvision.az xəbər verir ki, ABŞ lideri bu barədə özünün "Twitter” səhifəsində yazıb. Trampın sözlərinə görə, Çinlə sıx əməkdaşlıq edən Amerikanın müvafiq qurumları koronavirusla bağlı mövcud durum haqqında ona məlumat verirlər.

“Hadisələrin inkişafını izləməyə davam edəcəyik. Biz bütün dünya üzrə ən yaxşı mütəxəssislərə malikik və onlar bu mövzuda günün 24 saatı, həftənin 7 günü işləyirlər", - deyə Tramp əlavə edib.

Qeyd edək ki, daha əvvəl ABŞ Prezidentinin iqtisadi məsələlər üzrə müşaviri Larri Kadlou koronavirusla mübarizə aparmaq üçün mütəxəssisləri Çinə göndərəcəklərini bəyan edib.

Son məlumatlara görə, Çində virusa yoluxanların sayı 7,7 minə çatıb, 170 nəfər isə ölüb.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: ABŞ   Tramp   Koronavirus  





Xəbər lenti