Bu gün Qarabağ danışıqlarının növbəti raundu keçiriləcək
Qeyd edək ki, ötən gün Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin vasitəçiliyi ilə Cenevrədə keçirilən görüşü yeddi saat davam edib. Ümumilikdə tərəflər, eləcə də ATƏT-in Minsk Qrupunun həmsədrləri danışıqların intensivləşdirilməsi və danışıqlar gündəliyindəki bütün məsələlər üzrə konkret nəticələrin əldə olunması mövqeyindən çıxış ediblər.
Azvision.az
Teqlər: XİN Qarabağ Məmmədyarov