Rusiya vətəndaşlarına elektron pasportlar veriləcək

Rusiya vətəndaşlarına elektron pasportlar veriləcək
  29 Yanvar 2020    Oxunub:1956
Rusiya vətəndaşlarına yeni elektron pasportlar veriləcək.
Azvision.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Miqrasiya Məsələləri üzrə Baş İdarəsinin rəisi Valentina Kazakova bildirib.

Onun sözlərinə görə, bank kartını xatırladacaq yeni pasportlarda vətəndaşların adı, soyadı, ata adı, doğum tarixi və yeri qeyd olunacaq. Pasportlara quraşdırılacaq çiplərdə barmaq izləri və digər məlumatlar yerləşdiriləcək.

Qeyd olunub ki, yeni pasportların iyul ayından verilməsinə başlanacaq.

Azvision.az


Teqlər: Rusiya   Pasport  





Xəbər lenti