AZAL-ın veb-saytının bəzi funksiyaları işləməyəcək

AZAL-ın veb-saytının bəzi funksiyaları işləməyəcək
  29 Yanvar 2020    Oxunub:1855
“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) resurslarının sənayenin innovativ flaqmanı “Amadeus” platformasına köçürülməsi ilə əlaqədar rəsmi “www.azal.az” veb-saytının bəzi funksiyaları fevralın 5-dən (Bakı vaxtı ilə 20:00) etibarən müvəqqəti olaraq işləməyəcək.
Aviaşirkətdən Azvision.az -a verilən məlumata görə, sayt və mobil əlavəmizdə işlər görüldüyü müddət ərzində aviabiletlərin alınması, onlayn qeydiyyat və bronun idarə olunması səhifəsi işləməyəcək. Texniki işlərin 48 saat ərzində başa çatdırılması planlaşdırılır, lakin qeydiyyat xidmətinin bərpası və bronun idarə edilməsində daha uzun gecikmələrin baş verməsi mümkündür.

Əlavə məlumat üçün aviaşirkətin müştəri xidmətlərinə “[email protected]” elektron poçt ünvanı, saytdakı əks əlaqə forması və yaxud “WhatsApp” (+994 12 437-40-82) vasitəsilə müraciət edə bilərsiniz.

Azvision.az



Teqlər: AZAL  





Xəbər lenti