Putin siyasi məhbusu azad etdi

 Putin siyasi məhbusu azad etdi
  23 Dekabr 2013    Oxunub:1114
“Pussy Riot” qrupunun üzvü Mariya Alyoxina azadlığa buraxılıb.
AzVision.az rus KİV-lərinə istinadən xəbər verir ki, Vladimir Putinin Konstitusiyanın 20 illiyi münasibətilə elan etdiyi amnistiya çərçivəsində beynəlxalq hüquq təşkilatlarının siyasi məhbus hesab etdiyi “Pussy Riot” qrupundan Mariya Alyoxina azadlığa buraxılıb.

Nijniy Novqorod şəhərindəki 2 saylı cəzaçəkmə müəssisəsindən bu gün səhər azadlığa buraxılan keçmiş məhbus ilk olaraq evinə baş çəkəcək. 2012-ci ilin 17 avqustunda “dini zəmində xuliqanlıq” ittihamı ilə 2 il müddətinə azadlıqdan məhrum edilən Alyoxina “Amnesty İnternational” və digər hüquq təşkilatları tərəfindən siyasi məhbus kimi tanınırdı.

Xatırladaq ki, “Xilaskar İsa Məsih” kilsəsində konsert verməyə görə məhkum olunan feminist “Pussy Riot” qrupunun digər iki üzvündən biri olan Yekaterina Samuçeviç şərti azadlıqdan məhrum olunmuşdu. Qrupun sonuncu üzvü Nadejda Tolkonnikovanın isə yaxın günlərdə azad olunacağı gözlənilir.

Vüqar İsmayılov


Teqlər:  





Xəbər lenti