10 Azərbaycan vətəndaşı Çindən Türkiyəyə gətiriləcək - Ərdoğan

10 Azərbaycan vətəndaşı Çindən Türkiyəyə gətiriləcək -  Ərdoğan
  29 Yanvar 2020    Oxunub:4583
Çində 25 türk və 10-a yaxın azərbaycanlı var, onlar Türkiyəyə qayıtmaq arzularını ifadə ediblər. Karantinə alınmaqla, onları Türkiyəyə gətiririk.
Azvision.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib.

Ərdoğan bildirib ki, koronavirusla bağlı Türkiyədə heç bir problem yoxdur: “Ancaq Çində 25 türk, 10-a yaxın azərbaycanlı dönmək arzularını ifadə ediblər. Azərbaycanlı qardaşlarımız da daxil olmaqla, onlar karantinə alınaraq Türkiyəyə gətiriləcək. Türkiyə daxilində hazırda hər hansı bir problem yoxdur, ancaq hər cür qabaqlayıcı addımlar atılır”.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Türkiyə   Çin  





Xəbər lenti