ABAD-ın növbəti regional mərkəzi açılacaq

 ABAD-ın növbəti regional mərkəzi açılacaq
  29 Yanvar 2020    Oxunub:3053
2020-ci ildə ABAD-ın növbəti regional mərkəzi açılacaq.

Azvision.az xəbər verir ki, bunu "ABAD" publik hüquqi şəxsin şöbə müdiri Turanə Qasımova deyib. Onun sözlərinə görə, növbəti regional mərkəz Tovuzda fəaliyyət göstərəcək.
"Tovuzda "ABAD məktəbi" də yaradılacaq. Müxtəlif peşə sahələri üzrə həm yerli əhali, həm də Tovuzun əhatə dairəsinə daxil olan vətəndaşlar müraciət edərək ABAD-ın kurslarından təmənnasız yararlana bilərlər. Bura informasiya texnologiyaları sahəsi, musiqi alətlərinin yaradılması, aqro və turizm sahələri daxildir. Bu il Tovuzda həmçinin Tovuz "ABAD Factory" də yaradılacaq. Kompleksdə bitkilərin emalı və qurudulması həyata keçiriləcək. Cari ildə Qubada "ABAD Factory Nömrə 2" də açılacaq. Bura qablaşdırma müəssisəsi olacaq".

T.Qasımova qeyd edib ki, bu il növbəti addım olaraq Nardaranda Keramika Mərkəzi də fəaliyyətə başlayacaq.

"ABAD-ın hazırda 5 regional mərkəzi var. ABAD sahibkarlara dəstək olan müxtəlif sosial proqramlar həyata keçirir. Onların məhsullarının tanıtımı və satışı istiqamətində dəstək proqramları reallaşdırılır".

Aytən Zəhra
Azvision.az


Teqlər: ABAD  





Xəbər lenti