Ərdoğandan etiraz: “Trampın planı sülhə xidmət etmir”
Azvision.az -ın məlumatına görə, Ərdoğan jurnalistlərə açıqlamasında deyib ki, Qüdsün İsrailə verilməsi ilə bağlı plan qəbuledilməzdir.
Qeyd edək ki, ötən gün ABŞ Prezidenti Donald Tramp İsrail-Fələstin münaqişəsinin nizamlanması üzrə “Əsrin müqaviləsi” və ya “Yüz ilin planı” adlandırılan 80 səhifəlik planı təqdim edib. Plana əsasən, Qüds İsrailin ayrılmaz paytaxtı olaraq qalacaq. ABŞ, həmçinin Şərqi Qüdsdə fələstinlilər üçün öz səfirliyini açacaq.
Azvision.az