Ermənistanda aprel döyüşləri ilə bağlı qapalı iclas keçirilir

Ermənistanda aprel döyüşləri ilə bağlı qapalı iclas keçirilir
  29 Yanvar 2020    Oxunub:3516
Ermənistan parlamentində 2016-cı ilin aprel döyüşləri ilə bağlı yaradılmış komissiyasının qapalı iclası keçirilir.

Azvision.az erməni mətbuatına istinadən xəbər verir ki, ölkənin keçmiş müdafiə naziri Seyran Ohanyan da iclasa çağrılıb. Bir qədər əvvəl isə o, Ermənistan parlamentinin sədri Ararat Mirzoyanla görüşüb.
Xatırladaq ki, ötən il 31 may tarixində Ermənistan parlamentində 2016-cı il aprel müharibəsinin səbəblərini araşdıran komissiya yaradılıb. Komissiyanın səlahiyyətlərini müdafiə və təhlükəsizlik üzrə daimi parlament komissiyası həyata keçirir.

Bundan öncə komissiyanın rəhbəri Andranik Koçaryan 40-a yaxın şəxsin dindiriləcəyini və bunun bir neçə ay davam edə biləcəyini bildirmişdi.

Pərvanə Sultanova
Azvision.az




Teqlər: Aprel-döyüşü   Ermənistan  





Xəbər lenti