Çingiz Qənizadənin seçiciləri ilə izdihamlı görüşləri - FOTOLAR

Çingiz Qənizadənin seçiciləri ilə izdihamlı görüşləri -    FOTOLAR
  29 Yanvar 2020    Oxunub:3290
80 saylı İmişli-Beyləqan seçki dairəsindən deputatlığa namizəd Çingiz Qənizadə bu dəfə Beyləqan rayonunun ən böyük kəndlərindən biri olan Dünyamalılar kəndində görüş keçirib.
Azvision.az xəbər verir ki, 3000-dən yuxarı seçicisi olan kənd sakinləri ilə görüşə Şəhidlər xiyabanını ziyarət etməklə başlayıb. Şəhidlər xiyabanını ziyarətdən sonra görüş zamanı deputatlığa namizəd Çingiz Qənizadə ölkədə gedən proseslər, kadr islahatları, ölkənin daxili və xarici siyasətindəki vəziyyət, ölkə prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın son illərdəki gördüyü işlərdən danışmış və seçicilərinə ətraflı məlumat verib.



Həmçinin, regionların sosial-iqtisadi inkişafına dair 2019-2023-cü il Dövlət Proqramı, eləcə də, özü və fəaliyyəti haqqında danışıb. Eyni zamanda, kənd üçün nəzərdə tutulmuş və layihələndirilmiş bir neçə məsələni seçicilərin diqqətinə çatdırıb. Həmçinin deputatlığa namizəd Çingiz Qənizadə ilə görüş zamanı keçmiş baş prokuror İxtiyar Şirinovun oğlu Hikmət Şirinovun adamları tərəfindən təxribat törədilməyə cəhdlər olub. Ancaq ziyalılar və gənclər həmin adamlara etiraz edərək onları görüş yerindən uzaqlaşdırıblar.



Görüş zamanı çıxış edən kənd sakinləri, ziyalılar Çingiz Qənizadə haqqında öz fikirlərini bildirərək fəaliyyətini müsbət dəyərləndiriblər. Kənddə bəzi həlli vacib olan məsələlərə kömək etməsini xahiş ediblər. Çingiz Qənizadə kəndin idman zalına, mədəniyyət klubuna baxış keçirib və bu yerlərin bərbad vəziyyətdə olmasının şahidi olub. Həmin yerlərin fotoşəkillərini çəkərək yenidən deputat seçiləcəyi təqdirdə bu məsələlərin həlli ilə bağlı yuxarı orqanların qarşısında məsələ qaldıracağına söz verib. Eyni zamanda, deputatlığa namizəd yeni tikilən 1 nömrəli Dünyamalılar kənd orta məktəbinin binasına məktəb direktoru və müəllimlərlə birgə baxış keçirib. Müəllimlər vaxtilə məktəbin bərbad vəziyyətdə olması ilə bağlı Çingiz Qənizadənin qaldırdığı, eləcə də, cənab prezidentin təşəbbüsü ilə Prezident Fondundan ayrılan vəsait hesabına inşa edilmiş məktəbə görə təşəkkürlərini söyləyiblər.

Sonda Çingiz Qənizadə bəzi seçiciləri fərdi qəbul edib.









Azvision.az


Teqlər: Namizəd   ÇingizQənizadə  





Xəbər lenti