Gəncədə 4 evdən oğurluq edən şəxs tutuldu

Gəncədə 4 evdən oğurluq edən şəxs tutuldu
  29 Yanvar 2020    Oxunub:2226
Gəncədə oğurluq edən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Nizami (Gəncə) Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki 4 həyətyanı sahədən və 6 avtomobildən pul, su mühərriki, maqnitofon, yaddaş kartı və akkumulyator oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş T.Atakişiyev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti